Azərbaycan Premyer Liqasının VI turuna iki oyunla yekun vurulacaq

Bakı, 15 sentyabr, Sporaz.tv

Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Sporaz.tv “Report”-a istinadən  xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşması “Bank Respublika Arena”da baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.

Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla (1:0) üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.

Leave a Reply