Azərbaycan Premyer Liqası: “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib

Bakı, 17 sentyabr, Sporaz.tv

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Sporaz.tv xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” – “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.

Mənbə:Report

Leave a Reply