Bakı, 28 sentyabr, Sporaz.tv
“Neftçi” Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.
Sporaz.tv məlumat verir ki, “ağ-qaralar” doğma meydanda “Sumqayıt“-la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açmağı bacarıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında “Zirə” “Kəpəz“-i üç cavabsız qolla üstələyib. Ötən gün “Araz-Naxçıvan” “Səbail”-i məğlub edib – 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.