Yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib

Bakı, 14 may, Sporaz.tv

Futbol üzrə Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

Yerli mediadan məlumat verilir ki, Macarıstanın Haladas Sportkomplexum stadionunda təşkil olunacaq görüş iyunun 11-i Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Daha əvvəl matçın saat 20:00-da başlayacağı açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də isə eyni məkanda Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Mənbə:Azərtac