Azərbaycan millisi pley-off mərhələsində ilk oyununa çıxır

Bakı, 25 oktyabr, Sporaz.tv

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Sporaz.tv xəbər verir ki, yığmamız Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da Portuqaliya komandasını qəbul edəcək. Görüşün start fiti 16:00-da start səslənəcək.

Matçı Alman hakim Fabyenn Mişel idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 4 gün sonra Braqa şəhərində keçiriləcək. Cütün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununun qalibi ilə qarşılaşacaq.