Azərbaycan millisi İsveç səfərində

Bakı, 19 noyabr, Sporaz.tv

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq. 

Sporaz.tv xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi komanda səfərdə İsveçin qonağı olacaq. 5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. 

Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. 

Leave a Reply