Bakı, 29 oktyabr, Sporaz.tv
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə cavab oyununa çıxacaq.
Sporaz.tv xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma Vizela şəhərində Portuqaliya seçməsinin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Matçı niderlandlı hakim Şona Şukrula idarə edəcək.
Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyun Portuqaliya millisinin 4:1 hesablı qələbəsi ilə bitmişdi.