Azərbaycan millisi böyük hesabla məğlub oldu

Bakı, 12 iyul, Sporaz.tv

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da start götürən oyun, Azərbaycan millisinin 5:0 məğlubiyyəti ilə başa çatıb.

Macarıstan yığmasından 22-ci dəqiqədə A.Csiki, 33-cü dəqiqədə Z.Kajan, 54 -cü dəqiqədə E.Papai, 90+2 və 90+5-ci dəqiqələrdə isə K.Siller həlledici qolların müəllifidir.

Azərbaycan millisinin 4 oyundan sonra 4 xalı var.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

Bahar Rüstəm