Azərbaycan Kubokunun finalçıları bəlli olub

Bakı, 30 may, Sporaz.tv

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finala yüksələn komandalar bəlli olub.

Sporaz.tv AZƏRTAC-a istinadən  xəbər verir ki, həlledici oyunda “Bakı” və “Azəryol” kollektivləri üz-üzə gələcək. Görüş mayın 30-da baş tutacaq.

“Azəryol” yarımfinalda “Dinamo”nu, “Bakı” isə “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.