Azərbaycan Kubokunda finala doğru

Bakı, 29 may, Sporaz.tv

Sporaz.tvQarabağ” cari mövsüm Azərbaycan Kubokunda 19 qola imza atıb.

 Peşəkar Futbol Liqası-ın rəsmi saytına istinadən məlumat verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.

Sonuncu dəfə 2007/2008-ci illər mövsümündə eyni komanda bu qədər qol vurub. Həmin vaxt “Xəzər- Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” komandaları üz-üz gələcəklər. İyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.