Bakı, 26 oktyabr, Sporaz.tv
Azərbaycanın aerobika gimnastikası üzrə qrup hərəkətləri komandası Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında gümüş medal qazanıb.
Sporaz.tv Azərtac’a istinadən xəbər verir ki, Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət komandamız 18 min 300 xal toplayaraq fəxri kürsüdə ikinci pilləyə yüksəlib.
Daha əvvəl fərdi proqramda da çıxış edən Məryəm Topçubaşova bürünc mükafata sahib çıxmışdı.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.