Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar

Bakı,20 may,Sporaz.tv

Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika üzrə Dünya Kubokunda qarışıq hərəkətlərdə qızıl və gümüş medala sahib olublar.

Sporaz.tv xəbər verir ki, kişi cütlüklər arasında Daniel Abbasovla Murad Rəfiyev qızıl, qarışıq cütlükdə isə Ağasif Rəhimov və Raziyə Seyidli gümüş mükafata yiyələnib.

Yarış mayın 17-dən 19-dək keçirilib.

Vüqar ALIŞOV

Mənbə: “Report.az”