Bakı, 4 noyabr, Sporaz.tv
Mənim üçün Azərbaycan futbolunun ən yaxşılarından biri kimdir deyə soruşsalar, Qurban Qurbanov deyərdim.
Azərbaycan futboluna yeni nəfəs gətirən Qurban Qurbanov, 2008-ci ildən “Qarabağ”ın sükanı arxasına keçir. Ötən bu illər ərzində o, “Qarabağ”da saysız-hesabsız uğurlara imza atır.
Veteran futbolçu və “Qarabağ” klubunun baş məşqçisi , Azərbaycan futboluna gəlişi ilə yeni nəfəs gətirdi. O, şəxsən, mənim fikrimcə, Azərbaycan futbolunun ən yaxşılarından biridir. “Qarabağ”-a illərini verən Qurbanov, 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya gəlib. Futbola ilk addımlarını hələ məktəb vaxtlarında atmağa başlayıb. Belə ki, 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu “Daşqın” Zaqatala klubuna gətirib. O, artıq 9-cu sinifi bitirəndə “Daşqın” klubunda əsas heyətdə çıxış edirdi. Futbol kariyerası ərzində “Turan Tovuz”, “Kür-Nur”, “Neftçi” Bakı, “İnter” Bakı, Gürcüstanın “Alazani”, Rusiyanın “Dinamo”, “Fakel” Voronej, “Baltika” Kalininqrad, “Volqar” Həştərxan kimi klublarda çıxış edən əməkdar məşqçi, həmçinin 1992-2005-ci illər ərzində Azərbaycan millisinin heyətində çıxış edib. Qeyd edim ki, millinin forması ilə iştirak etdiyi 68 oyunda 14 qol vuraraq millinin bombardiri seçilib.
2005-ci ildə futbolçu karyerasını başa vuran təcrübəli mütəxəssis, 2006-cı ildə doğma klubu “Neftçi”nin sükanı arxasına keçib. O, ilk dəfə baş məşqçi kimi iştirak etdiyi mətbuat konfranslarından birində bu cür deyirdi: “Bir komandanı çalışdırmaq, özün oynamaq daha çətindir”. Lakin “Neftçi”də ona olan etimadı doğrulda bilməyən Qurban, ardıcıl məğlubiyyətlərin ardından istefa verir. 2008-ci ildə “Qarabağ” klubu ilə 1 illik müqavilə bağlayır və fikrimcə artıq bu tarixdən Azərbaycan futbolunda yeni səhifə səhifə açılır. Həmin ilin sonunda müqavilənin başa çatmağına 2 ay qalmış Qarabağ rəhbərliyi Qurbanovla 3 illik müqavilə imzalayır.
Bununla da Ağdam klubu onun rəhbərliyi altında ardıcıl uğurlara imza atır. İlk öncə 2009-cu ildə finalda “İnter” (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində 3-cü dəfə ölkə kubokunun qalibi olur. Bu nəticəyə əsasən, tanınmış mütəxəssis, Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olur: belə ki, 2004-cü ildə “Neftçi”də kapitan kimi, 2009-cu ildə “Qarabağ”da baş məşqçi kimi. Bununla da klub 2009/2010 mövsümündə ilk dəfə onun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-off mərhələsinədək irəliləyib. Həmin il Qarabağ Azərbaycan Premyer Liqasının gümüş medalını qazansa da, bundan sonra işlər heç də qaydasında getmir. Ardıcıl məğlubiyyətlərin ardından 2011/2012-ci il mövsümü “Qarabağ” üçün uğursuz olur, komanda heç bir qitəmiqyaslı yarışlara vəsiqə qazana bilmir. Uğursuz seriyasının ardından təcrübəli mütəxəssisə stadionlardan istefa şüarları səsləndirilir. Lakin “Qarabağ” rəhbərliyi və “İmarət fan-klubu”da Qurbanovu dəstəkləyən bəyanətlər verir.
Bunun ardından klub 2013/2014 mövsümündə onun rəhbərliyi altında ilk çempionluğunu qazanır. Qurbanovun çalışdırdığı “Qarabağ” ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edir. Belə ki, klub ardıcıl 7 dəfə Azərbaycan Premyer Liqasının qalibi olur. 2017/2018 mövsümündə “Kopenhagen”lə bitən 2:1 hesablı qalibiyyətin ardından “Qarabağ” ilk dəfə Çempionlar Lıqasının qrup mərhələsinə vəsiqə qazanır. Bu qələbə ilə o Azərbaycan futbolunda ən böyük uğura atır.
Qurban Qurbanovun uğurları bununla bitmir. Onun Azərbaycan futboluna gətirdiyi yeni taktika hər dəfəsində öz bəhrəsini verir. Bunun nəticəsidir ki, Qarabağı “Qafqazın Barcelonası” adlandırırdılar. Ardınca Qurbanovun rəhbərlik etdiyi klub 2023/2024 sezonunda UEFA Avropa Liqasında Portuqaliyanın “Braga” klubunu məğlub etməklə tarixində ilk dəfə 1/8 final mərhələsinə yüksəlir.
Gəlişi ilə sadəcə Qarabağa deyil, bütünlükdə Azərbaycan futboluna yeni nəfəs gətirir. Bunun nəticəsidir ki, hazırda “Qarabağ”, dünya reytinqində get-gedə irəliləyir və hər dəfəsində onun başçılığı altında yeni uğurlara imza atır. Buna nümunə olaraq Əli-Səttar Quliyevin rejissorluğu ilə 2023-cü ildə ekrana çıxan, Qurban Qurbanovun həyatına həsr edilmiş “Stadionlar səssiz olanda” filmini göstərmək olar.
Xalidə Nur