Azərbaycanın veteran cüdoçususundan növbəti dəfə dünya çempionluğu

Bakı, 5 noyabr, Sporaz.tv

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kiloqram) 12-ci dəfə veteran cüdoçular arasında keçirilən turnirdə dünya çempionu adını qazanıb.

Sporaz.tv xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

Fərhad Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən üstün olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.

Leave a Reply