Bakı, 12 iyun, Sporaz.tv
Milli komandamız Macarıstanda keçirilən yoldaşlıq görüşlərindən sonra vətənə geri qayıdıb.
Sporaz.tv xəbər verir ki, millimiz Macarıstanda hazırlıq matçları çərçivəsində keçirilən matçları başa vurub. Albaniyaya 3:1 hesabla məğlub olan komandamız, Qazaxıstana qarşı 3:2 hesabla əzmkar qələbə qazanıb. Qolları 42-ci dəqiqədə Mahir Emreli, 51-ci dəqiqədə Emin Mahmudov, 73-cü dəqiqədə Toral Bayramov vurub. Səfərdən geri qayıdan milimizin üzvərini hava limanında “Göyqurdlar” azarkeş birliyi və digər azarkeşlər qarşılayıb.
Bahar Rüstəm