Bakı,7 may, Sporaz.tv
Bu gün Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün final oyunu keçirilib.
Kubok uğrunda mübarizə “Araz-Naxçıvan” və “Baku-Fire” arasında baş tutub.
Penaltiyə qədər uzanan oyun “Araz-Naxçıvan”-ın 5:4 üstünlüyü ilə yekunlaşıb.
16:10
“Araz-Naxçıvan” və “Baku-Fire” oyununun uzadılan dəqiqələrində də qalib müəyyənləşmədi.
Hazırda davam edən oyun penaltilərə uzadıldı.
Qeyd edək ki, hesab 5:5 bərabərədir.
15:47
“Araz-Naxçıvan” və “Baku-Fire” matçının əsas hissəsində qalib müəyyənləşməyib.
Qarşılaşmasının əsas hissəsi 5:5 hesabla bərabərə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün oyunun artırılmış dəqiqələri oynanılacaq.
14:55
Bu gün Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün final oyunu keçirilir.
Bugünki görüşdə “Araz-Naxçıvan”la “Baku Fire” üz-üzə gəlib.
Birinci hissə 3:3 hesabla bərabərə yekunlaşıb.
Qarşılaşmanı FIFA referiləri idarə edir. “Araz-Naxçıvan” Yüksək Liqanın qızıl, “Baku Fire” isə gümüş medalçısıdır.
Xatırladaq ki,”Baku Fire” ölkə kubokunun ötənmövsümkü qalibidir.