Bakı, 27 iyun, Sporaz.tv
“Milli Aviasiya Akademiyası” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.
Sporaz.tv xəbər verir ki, bu haqqda AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib. Funksionerin sözlərinə görə, Bakı təmsilçisi amerikalı Alianza Darleylə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
O, son olaraq ölkəsinin “Texas-El Paso Miners” komandasında çıxış edib.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası”nı yeni mövsümdə italiyalı mütəxəssis Covanni Torçio çalışdıracaq.