Ayrılacaq adlar müəyyənləşir

Bakı, 17 iyul, Sporaz.tv

Transfer dövründə indiyədək heyətinə 3 adı qatan “Beşiktaş“da rəhbərlik, adların qalması üçün baş məşqçi Giovanni van Bronckhorstun hesabatını gözləyir. Qara-ağların ilk olaraq Omar Colley, Daniel Amartey və Vincent Aboubakar ilə yollarını ayırmağı planlaşdırdığı bildirilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirir.

İndiyədək transfer prosesində Rafa Silva, Gabriel Paulista və Ciro Immobileni heyətinə qatan Beşiktaş, komandadan göndəriləcək futbolçular üçün işlərini davam etdirir.

“Milliyet” qəzetində yer alan xəbərdə “Beşiktaş” rəhbərliyinin komandadan göndəriləcək futbolçular üçün baş məşqçiGiovanni van Bronckhorstun hesabatını gözlədiyi bildirilib.

İndiyədək “Beşiktaş”da 3 futbolçu komanda ilə vidalaşıb.

Müqavilə müddəti başa çatan Cenk Tosun Fenerbahçe (Fənərbaxça)-ya imza atarkən, Umut Meraş “Eyüpspor”a, Valentin Rosier isə “Leganes”ə transfer olunub.