“Aydın BŞB”-də transfer

Bakı, 27 may, Sporaz.tv

Vodafone Sultanlar Liqasında mübarizə aparan Aydın Büyükşehir Belediyespor klubu spiker Hilari Howe ilə müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, klubun sosial media hesabından verilən açıqlamada yeni mövsüm heyət planlaması çərçivəsində işlərin davam etdiyi bildirilib.

Bu çərçivədə Kanada Milli Komandasında çıxış edən spiker Hilary Howe Johnson ilə müqavilə imzalandığı qeyd edilib.

Müqavilənin 1 illik olduğu bildirilib.

Vüqar ALIŞOV