Avstriyada sprint yarışının qalibi bəlli olub

Bakı, 30 iyun, Sporaz.tv

Formula 1 üzrə dünya çempionatının Avstriya Qran Prisində sprint yarışının qalibi, Red Bull komandasının holland pilotu Max Verstappen olub.

Sporaz.tv xəbər verir ki, mövsümün 11-ci yarışından əvvəl baş tutan sprint yarışı Spilberq şəhərindəki 4,3 kilometrlik Red Bull Ring trekində keçirilib.

Son üç ilin çempionu olan Verstappen yarışda damalı bayrağı birinci görüb və 8 xal toplayıb.

McLaren-in avstraliyalı pilotu Oscar Piastri liderdən 4,616 saniyə geri qalaraq ikinci, Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris isə 5,348 saniyə fərqlə üçüncü yeri tutub.

Seçmə mərhələlərin keçiriləcəyi yarış sabah GMT ilə saat 16:00-da başlayacaq.

Avstriya Qran Prisinə qədər sürücülər və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

Pilotlar:

  1. Max Verstappen (Hollanda): 227 puan
  2. Lando Norris (Büyük Britanya): 156
  3. Charles Leclerc (Monako): 150
  4. Carlos Sainz (İspanya): 120
  5. Sergio Perez (Meksika): 112

Komandalar:

  1. Red Bull: 339
  2. Ferrari: 276
  3. McLaren: 250
  4. Mercedes: 159
  5. Aston Martin: 58