Avropanın güclüsü məlum oldu

Bakı,15 may, Sporaz.tv

THY Avropa Liqasında Dördlər Finalı həyəcanı yaxınlaşır. Nəhəng təşkilat mayın 24-də Berlində Fenerbahçe Beko – Panathinaikos matçı ilə başlayacaq. Təmsilçimiz ikinci dəfə Avropanın ən böyük kubokunu qazanmaq üçün meydançaya çıxacaq.

Sporaz.tv xəbər verir ki,  Avropa basketbolunun zirvəsində maraqlı həftəsonu yaxınlaşır. 24-26 may tarixlərində Berlin Türk Hava Yolları Avropa Liqasında “Dördlər finalı”na ev sahibliyi edəcək.

Fenerbahçe Beko“, “Real Madrid“, “Panatinaikos” və “Olimpiakos” qitənin ən böyük oyunçusu olmaq üçün mübarizə aparacaq. 

“Fenerbahçe Bek”o bu mövsüm 5 illik Final Four quraqlığına son qoydu. Sarı-göylülər mövsümü 20 qələbə və 14 məğlubiyyətlə altıncı pillədə başa vurub.

Təmsilçimiz pley-off mərhələsində “Monako” ilə qarşılaşıb. Fransız komandasının meydanda üstünlüyü olsa da, Fenerbahçe Beko seriyanı 3-2 qazanıb.

Sarı-göylü komanda 2001-ci ildən baş məşqçi dəyişikliyi edildiyi bir mövsümdə Dördlər finalına yüksələn dördüncü komanda oldu.

“Fenerbahçe Beko” mövsümə Dimitris Itoudis ilə başlayıb, daha sonra Sarunas Jasikevicius-u təyin edib.

Təmsilçimiz klub tarixində 6-cı dəfə “Dördlər finalı”nda mübarizə aparacaq. Sarı-göylülər 2015-2019-cu illər arasında Zeljko Obradoviçlə ardıcıl 5 dəfə bu böyük təşkilatda iştirak edib.

2017-ci ildə İstanbulda çempion olan “Fənərbaxça Beko” ikinci dəfə Avropanın ən böyük oyunçusu olmaq üçün mübarizə aparacaq.

Mayın 24-də, saat 19:00-da “Dördlər finalı”nın ilk oyununda “Panatinaikos”la qarşılaşacaq.

“Panatinaikos” da Ergin Atamanın rəhbərliyi altında böyük bir irəliləyiş əldə etdi.

Ötən mövsüm 17-ci olan Yunanıstan komandası yenilənmiş heyəti ilə bu mövsümü 2-ci pillədə başa vurub. “Yoncas” pley-off mərhələsində “Makkabi Tel-Əviv”i 3:2 hesabı ilə mübarizədən kənarlaşdırıb. Bu nəticə ilə “Panatinaikos” 2012-ci ildən bəri ilk dəfə “Dördlər Finalı”na yüksəlib.

6 çempionluğu olan Yunanıstan komandası Berlində 7-ci dəfə kubok uğrunda mübarizə aparacaq. “Anadolu Efes”i iki dəfə Avropanın ən böyük oyunçusu edən Ergin Ataman üçüncü dəfə bu böyük uğura imza atmaq üçün komandasının sükanı arxasına keçəcək.

Vüqar ALIŞOV