Avropadan Samet Akaydına sürpriz talib

Bakı, 22 avqust, Sporaz.tv

Nice” “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinhonun planlarına daxil edilməyən Samet Akaydınla maraqlanıb. Avropada transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı üçün Fransa komandası təcrübəli müdafiəçini dərhal transfer etmək istəyir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”dən ayrılacaq siyahıda olan Samet Akaydın Fransaya yollanır. Liqa 1 komandası “Nice” milli müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçdi.

Fransa komandası bu mövsüm “Fenerbahçe”nin rəsmi matçlarında heyətə düşə bilməyən və Çempionlar Liqasının seçmə mərhələsində siyahıya düşməyən təcrübəli müdafiəçini məcburi alış opsiyonu ilə 1 il müddətinə icarəyə götürməyi hədəfləyib.

Komanda ilə məşqdə iştirak edən, lakin yarışma heyətində yer almayan Samet Akaydının da “Nice”a keçməkdə maraqlı olduğu öyrənilib.

“Samet”in menecerinin sarı-göylü idarəçilərlə görüşü və transferlə bağlı danışıqlar aparması gözlənilir.

Digər tərəfdən Avropada transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığından Fransa komandası transferi dərhal başa çatdırmaq istəyir.

Yaxın günlərdə “Nice” adından klub rəsmisi Türkiyəyə gələrək “Fenerbahçe” rəhbərliyi ilə görüş keçirəcək. Səmədin “Fenerbahçe” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.

Bahar Rüstəm