Avropadan Ersin Destanoğluna sürpriz talib

Bakı, 20 avqust, Sporaz.tv

Beşiktaş“da çıxış edən Ersin Destanoğluna Fransadan sürpriz talib çıxıb.

Sporaz.tv məlumat verir ki, Beşiktaşda Mert Günokdan sonra ikinci qapıçı olan Ersin Destanoğlu üçün sürpriz transfer iddiası ortaya atılıb.

Ersin Destanoğlu ilə Fransanın “Nantes”, komandası maraqlanır. “Nantes”, 23 yaşlı qolkiperi icarə əsasında heyətinə qatmaq istəyir.

Hazırda bazar dəyəri 2 milyon avro olan Ersin Destanoğlunun “Beşiktaş”la 2026-cı ilə qədər müqaviləsi var. Gənc əlcəkçi, gəncliyindən məşq etdiyi “Beşiktaş”ın qapısını 111 matçda qoruyub.