Avropada Semih Kılıçsoy mübarizəsi

Bakı, 9 avqust, Sporaz.tv

Beşiktaş“ın gənc ulduzu Semih Kılıçsoy üçün Borussia Dortmund (Borussiya Dortmund) və “RB Leipzig“-in ardından daha bir talib çıxıb. Qara-ağlar, 18 yaşlı futbolçunun qiymətini müəyyən ediblər.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm göstərdiyi performansla sensasiya yaradan Semih Kılıçsoy üçün “Beşiktaş”-a sözün əsl mənasında təkliflər yağır.

Borussia Dortmund (Borussiya Dortmund) və “RB Leipzig”-dən sonra Semih Kılıçsoy üçün Ajax (Ayaks)- da var.

Hollandiya nəhənginin qısa müddət ərzində Semih Kılıçsoyla bağlı təklifini “Beşiktaş”a təqdim edəcəyi bildirilib.

Beşiktaş isə Semih Kılıçsoy üçün 20 milyon avrodan aşağı təklifləri nəzərə almayacaq və tələb olunan məbləğ verilməsə, futbolçu, transferi üçün daha bir il gözləməli olacaq.

Semih Kılıçsoy, bu məsələ ilə bağlı “Beşiktaş”ın qərarını gözləyəcək.