Avropa tarixin ən yaxşı futbolçularının siyahısını paylaşıb

Bakı, 20 may, Sporaz.tv

Məşhur “FourFourTwo” nəşri Avropada bütün zamanların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, xəbər verir ki, 100 oyunçunun yer aldığı siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Al-Nassr” komandasının hücumçusu Cristiano Ronaldo başçılıq edir.

İkinci pillədə İspaniyanın “Barcelona” və Niderlandın “Ajax” klublarının sabiq oyunçusu Johan Croyff, üçüncü sırada isə almaniyalı əfsanəvi futbolçu Frans Bekkenbauer qərarlaşıb.

Avropada bütün zamanların ən yaxşı futbolçuları

1. Cristiano Ronaldo(Portuqaliya)

2. Johan Cruyff (Niderland)

3. Franz Beckenbauer (Almaniya)

4. Zinédine Zidane (Fransa)

5. Andrés Iniesta (İspaniya)

6. Bobby Charlton (İngiltərə)

7. Gerd Müller (Almaniya)

8. Paolo Maldini (İtaliya)

9. Xavi Hernandes (İspaniya)

10. Michel Platini(Fransa)