Avropa oyunlarının hakimləri açıqlanıb

Bakı, 24 iyul, Sporaz.tv

UEFA yarışlarında “Fenerbahçe“(Fənərbaxça), “Trabzonspor” və RAMS Başakşehir komandalarının ikinci təsnifat mərhələsinin revanş oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Sporaz.tv məlumat verir ki, Avrokuboklarda mübarizə aparan “Fenerbahçe”, “Trabzonspor” və “RAMS Başakşehir”in cavab matçlarında fit çalacaq hakimlər müəyyənləşib.

“Fenerbahçe”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində, iyulun 30-da “Lugano”(Luqano) ilə cavab matçının baş məşqçisi ingilis “Robert Jones”(Robert Cons) olacaq. “Jones”ə Neil Davies və Wade Smith kömək edəcək.

Avqustun 1-də UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Trabzonspor”un “Ruzomberok”a qarşı keçirəcəyi oyunu serbiyalı “Nenad Minakovic”(Nenad Minakoviç) idarə edəcək. Minakovicin köməkçiləri Nikola Borovic və Bosko Bozovic olacaq. Matçın 4-cü hakimi Milan Miticdir.

Avqustun 1-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Başakşehir”lə qarşılaşacaq “La Fiorita” ilə matçı isveçli “Granit Maqdonci”(Qranit Maqdonci) idarə edəcək. Maqdoncinin köməkçiləri “Robin Wilde”(Robin Uayld) və Niklas Nyberq olacaq. Matçın 4-cü hakimi Victor Wolfdur.