Avropa nəhəngləri onun üçün sıraya girdi

Bakı, 3 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın futbolçusu İsmail Yüksek son vaxtlardakı çıxışı ilə diqqət çəkir. Türkiyə Milli futbolçusu Avropanın nəhəng klublarının radarına düşüb.

Sporaz.tv xəbər verir ki, son zamanlar Fenerbahçe (Fənərbaxça)-da və Milli Futbol Komandasında ən çox danışılan adlardan biri də İsmail Yüksek olub.

Gənc futbolçu, Superliqadan sonra, 2024-cü il futbol üzrə Avropa çempionatındakı çıxışı ilə bəyənilib.

İsmail Yüksek, hər görüşdə 1,3 dəfə təhlükənin qarşısını alıb. 25 yaşlı futbolçu, ikitərəfli görüşlərdə orta hesabla 4 dəfə qalib gəlib.

Futbolçu, bu performansı ilə Avropanın nəhəng klublarının radarına düşüb. İngiltərə Premyer Liqası, Bundesliga və İtaliya A Seriyasından bəzi komandaların Fenerbahçe (Fənərbaxça)-nın qapısını döyə biləcəyi öyrənilib. Rəhbərlik ilk mərhələdə milli futbolçunu satmağı düşünmür.