Bakı, 17 noyabr, Sporaz.tv
Hollandiya Liqası komandalarından biri olan “Ajax“, 2025/26 mövsümündən etibarən köhnə loqosuna qayıdacağını açıqlanıb.
Sporaz.tv məlumat verir ki, Francesco Fariolinin rəhbərliyi altında “Ajax” gələn mövsümdən etibarən loqosunu dəyişir.
Klubun saytındakı paylaşımda 2025/26 mövsümündən etibarən klassik “Ajax” loqosunun istifadə ediləcəyi bildirilib. Açıqlamada, loqonun 34 ildən sonra yenidən formalarda istifadə ediləcəyi bildirilib.
“Ajax”-ın CEO-su Menno Geelen verdiyi açıqlamada fanatların çoxdan klassik loqotipi istədiklərini ifadə edərək: “Ayaks 125 illik yubileyini martın 18-də qeyd edəcək. Şənliklərdə klassik loqonun geri qaytarılması da olacaq. Biz bilirik ki, ən çox pərəstişkarlarımızın bu arzusu illərdir ki, əzizdir”.- deyə o, açıqlama verib.
Hollandiya nəhənginin direktorlar şurasının sədri Ernst Boekhorst: “125-ci ildönümündə loqonun dəyişdirilməsi məqsədəuyğun görünür. Biz belə bir töhfə verməkdən xoşbəxtik”- deyib
“Ajax” bundan əvvəl 1928-1991-ci illərdə bu loqodan istifadə etmişdi.