Avropa Liqasının 2024-2025-ci il mövsümünün başlama tarixi

Bakı, 12 sentyabr, Sporaz.tv

Fenerbahçe”, “Galatasaray”, “Beşiktaş” və “Qarabağ“ın avrokuboklardakı rəqibləri müəyyənləşərkən, bütün gözlər matçın cədvəlinə çevrildi. UEFA Avropa Liqası 2024-2025 mövsümündə ənənəvi qrup mərhələsi əvəzinə liqa üslubunda oynanılacaq. Liqa mərhələsində revanş olmasa da, xal sıralamasında ilk 8-likdə olan komandalar birbaşa son 16 tura yüksələcək. Təmsilçilərimizin oyun cədvəli açıqlanıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsümdə Avropa Liqasında komandaların sayı 36-ya çatdırılıb. Təşkilatın liqa mərhələsi 8 həftə davam edərkən, pley-off, son 16 tur, 1/4 final, yarımfinal və final matçları oynanılacaq. “Fenerbahçe” Avropa Liqasında ilk matçını “Union Saint – Gilloise” ilə keçirəcəyi halda, “Galatasaray” Yunanıstanın “PAOK” komandasının qonağı olacaq. “Beşiktaş” Hollandiyanın “Ajax”, “Qarabağ” isə İngiltərənin “Tottenham” komandası ilə qarşılaşacaq. 8 həftənin sonunda xalları ilk 8-likdə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcək. Xal sıralamasında 9-24-cü yerləri tutan komandalar pley-offda oynamaq hüququ qazanacaqlar.

Avropa Liqası mövsümü sentyabrın 25 və 26-da keçiriləcək oyunlarla başlayacaq. Avropanın ikinci klub səviyyəli təşkilatının finalı mayın 21-də San Mames stadionunda oynanılacaq.

1-ci həftə: 25-26 sentyabr 2024-cü il
2-ci həftə: 3 oktyabr 2024-cü il
3-cü həftə: 24 oktyabr 2024-cü il
4-cü həftə: 7 noyabr 2024-cü il
5-ci həftə: 28 noyabr 2024-cü il
6-cı həftə: 12 dekabr 2024-cü il
7-ci həftə: 23 yanvar 2025-ci il
8-ci həftə: 30 yanvar 2025-ci il

Pley-off: 13 fevral 2025 / 20 fevral 2025
16-cı tur: 6 mart 2025-ci il / 13 mart 2025-ci il
Dörddəbir final: 10 aprel 2025 / 17 aprel 2025
Yarımfinal: 1 may 2025 / 8 may 2025
Final: 21 may 2025-ci il

Bahar Rüstəm

Leave a Reply