Avropa Liqasında simulyasiya

Bakı, 2 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasında oynanılacaq oyunlardan sonra meydana gələcək sıralama simulyasiya edilib.

Sporaz.tv xəbər verir ki, “Football Meets Data” UEFA Avropa Liqasında hər komandanın keçirdiyi 8 oyunun ilk mərhələsindən sonra baş verəcək reytinqi simulyasiya edib. “Galatasaray”, “Fenerbahçe”, “Beşiktaş” və “Qarabağ”ın reytinqdəki yerləri və cədvələ görə ilk 8-likdə olmaq şanslarını təqdim edirik:

(İlk 8 yeri tutan komandalar birbaşa olaraq 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan komandalar son 16 turun pley-off mərhələsində oynayacaqlar. 25-36-cı yerləri tutan komandalar UEFA Avropa Liqası ilə vidalaşacaq.)

Bahar Rüstəm