Bakı, 5 noyabr, Sporaz.tv
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budo-Glimt” və “Qarabağ” komandaları arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.
Sporaz.tv UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Luiş Qodinyo olacaq. Ona yan xətt hakimləri Ruy Teyşeyra və Pedru Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək.
VAR hakimi Fabio Oliveyru Melo, onun köməkçisi isə Uqu Migelya olacaq.
Qeyd edək ki, noyabrın 7-da “Aspmüra” stadionunda baş tutacaq “Budo-Glimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.