Avropa Fenerbahçe-Lill matçından danışır: “Mourinho kədərlidir”

Bakı, 14 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lill“lə 1:1 hesablı heç-heçə etməsi Avropa mətbuatında geniş yer alıb.

Sporaz.tv təqdim edir:

L’Equipe: Lil titrədi, amma lazım olanı etdi. Fenerbahçe (Fənərbaxça) ilə əlavə vaxtda 1:1 hesablı heç-heçə edən “Lill”, Çempionlar Liqasında pley-offa vəsiqəni alıb və “Slavia Prag”nın rəqibi olub.

Eurosport France: Uzun və çətin idi, lakin “Lill” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi.

LeMonde: Fenerbahçe (Fənərbaxça)-nı mübarizədən kənarlaşdıran Lill, PSG, Monaco və Brest ilə birlikdə bu mövsüm Çempionlar Liqasında mübarizə aparan 4-cü Fransız klubu olmaq arzusunu davam etdirir.

RMC Sport: “Lill” səfərdə Fenerbahçe (Fənərbaxça) ilə 1-1 bərabərə qalıb və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Mandinin qırmızı vərəqə alması Mourinhonun çalışdırdığı türklərə fayda vermədi.

FootMercato: “Lill” Fenerbahçe (Fənərbaxça)-nı ağrılı şəkildə məğlub edərək pley-offa yüksəldi.

CalcioMercato: Mourinho Çempionlar Liqasından kənarlaşdırıldı.

La Gazzetta dello Sport: Jose Mourinhonun Fenerbahçe (Fənərbaxça)-sı Lill tərəfindən mübarizədən kənarlaşdırıldı. Azarkeşlərin böyük təzyiqi Genesionun Fransa komandası üzərində üstünlüyü əldə etməsi üçün kifayət etmədi.

Tuttosport: Mourinho kədərlidir, Fenerbahçe (Fənərbaxça), Çempionlar Liqasında deyil.

Corriere dello Sport: Mourinho Fənərbaxça ilə Çempionlar Liqasından kənarlaşdırıldı: Avropa Liqasında Romaya meydan oxuya bilər.

Linterista: Jose Mourinho üçün pis zarafat. Fenerbahçe (Fənərbaxça)-nın Çempionlar Liqası macərası ilkin mərhələlərdə sona çatır.

Kicker: İlk ağrılı məğlubiyyət: Mourinho Fenerbahçe (Fənərbaxça) ilə Çempionlar Liqasını buraxdı.

CNN Portuqaliya: Jose Mourinhonun Fenerbahçe (Fənərbaxça)-sı Çempionlar Liqasından kənarlaşdırıldı.

ESPN Portuqaliya: Fenerbahçe (Fənərbaxça), bu mövsüm əsas məqsədinə çata bilmədi və UEFA Avropa Liqası ilə kifayətlənməli oldu.

A Bola: Bir penalti Mourinhonun Çempionlar Liqasından kənarlaşdırılmasına səbəb oldu. Cenk Tosun 120-ci dəqiqədə topu dirəyə nişan aldı və yuxu orada bitdi.

O Jogo: Jose Mourinhonun çalışdırdığı Fenerbahçe (Fənərbaxça), Çempionlar Liqasında pley-offa vəsiqə qazana bilmədi.

Daily Mail: Jose Mourinhonun Fenerbahçe (Fənərbaxça)-sı 10 nəfərlik Lillə mübarizədən kənarlaşdırıldıqdan sonra Çempionlar Liqası ilə vidalaşıb. Mourinho artıq Manchester United (Mançester Yunayted)-lə qarşılaşa bilər.

AS: Mourinho Çempionlar Liqasını tərk etdi. Jose Mourinho, Fenerbahçe (Fənərbaxça)-da ilk hədəflərindən birində uğursuzluğa düçar olub.