Avropa çempionatı: Millimiz bu gün mübarizəyə başlayacaq

Bakı, 17 avqust, Sporaz.tv

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində bu gün mübarizəyə başlayacaq.

Sporaz.tv xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Avstriya yığmasının qonağı olacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandasının təsnifat mərhələsindəki növbəti oyunu avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.