“AVRO-2024″ün sürpriz hücumçusunun 13 milyon avroluq transferi

Bakı, 1 iyul, Sporaz.tv

AVRO-2024“də vurduğu qollarla diqqət çəkən gürcüstanlı hücumçu Georges Mikautadze ötən mövsüm icarə əsasında çıxış etdiyi “Metz“ə transfer haqqı ilə transfer olunub.

Ötən yay 16 milyon avroya “Metz”dən “Ajax“a transfer olunan Mikautadze ara transfer dövründə icarə əsasında Fransa komandasına qayıdıb.

“Ajax”ın verdiyi açıqlamada Metzin 23 yaşlı hücumçunun müqaviləsindəki seçim bəndindən istifadə edərək futbolçunun transfer haqqını 13 milyon avro qarşılığında aldığı açıqlanıb.

Mikautadze AVRO-2024-də qrup mərhələsindən vəsiqə qazanan və son 16 turda İspaniyadan kənarlaşdırılan Gürcüstan millisinin heyətində 3 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.