“AVRO-2024″də yarımfinal oyunlarının hakimləri açıqlanıb

Bakı, 8 iyul, Sporaz.tv

2024-cü il futbol üzrə Avropa çempionatının yarımfinal oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sporaz.tv məlumat verir ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il futbol üzrə Avropa çempionatında sabah yarımfinal oyunlarına start veriləcək.

Yarımfinalın ilk oyununda İspaniya Fransa milliləri üz-üzə gələcək. Finala yüksələcək ikinci komandanın müəyyənləşəcəyi qarşılaşmada Hollandiya və İngiltərə meydana çıxacaq.

UEFA turnirin yarımfinal oyunlarından əvvəl oyunları idarə edəcək hakimləri açıqlayıb.

UEFA-dan verilən məlumata görə, İspaniya-Fransa matçını Slavko Vinçiç, Hollandiya-İngiltərə matçını isə Feliks Zwayer idarə edəcək.

AVRO-2024-də yarımfinalın təqvimi belədir:
Çərşənbə axşamı, 9 iyul
23:00: İspaniya-Fransa

Çərşənbə, 10 iyul
23:00: Hollandiyaİngiltərə