AVRO-2024:Almaniya millisi Şotlandiyanı qol yağışına tutdu

Bakı, 15 iyun, Sporaz.tv

Avropa çempionatında AlmaniyaŞotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

Sporaz.tv xəbər verir ki, Münhen şəhərində yerləşən “Allianz Arena”da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Wirts,19-cu dəqiqədə Jamal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niclas Füllkrug vurub.

90+3-cü dəqiqədə vurulan həlledici qolun adı isə Emre Candır.

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.