Bakı, 7 iyul, Sporaz.tv
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının son görüşlərdən sonra yarımfinal cütləri bəlli olub.
Sporaz.tv xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.
Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub – 2:1.
Yarımfinal cütləri:
İspaniya – Fransa
Niderland – İngiltərə
Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.