AVRO-2024-ün finalını idarə edəcək hakim bəlli olub

Bakı, 11 iyul, Sporaz.tv

AVRO-2024 finalında İspaniyaİngiltərə matçını fransalı referi François Letexier idarə edəcək.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün finalında İspaniya – İngiltərə matçının hakimi bəlli olub.

Buna uyğun olaraq, Fransa Futbol Federasiyasından François Letexier AVRO-2024-ün finalında fit çalacaq.

İspaniya və İngiltərənin mübarizə aparacağı AVRO 2024 Final matçı 14 İyul bazar günü, CET vaxtı ilə 22:00-da oynanılacaq.

Bahar Rüstəm