Bakı, 11 iyul, Sporaz.tv
AVRO-2024 finalında İspaniya – İngiltərə matçını fransalı referi François Letexier idarə edəcək.
Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün finalında İspaniya – İngiltərə matçının hakimi bəlli olub.
Buna uyğun olaraq, Fransa Futbol Federasiyasından François Letexier AVRO-2024-ün finalında fit çalacaq.
İspaniya və İngiltərənin mübarizə aparacağı AVRO 2024 Final matçı 14 İyul bazar günü, CET vaxtı ilə 22:00-da oynanılacaq.
Bahar Rüstəm