AVRO 2024 öncəsi İngiltərə üçün pis xəbər

Bakı, 6 iyun, Sporaz.tv

Zədələrinə görə performansı azalan Ceyms Meddison Avropa çempionatının heyətində yer almayacaq.

Sporaz.tv xəbər verir ki, futbol üzrə Avropa çempionatına az qalmış ölkələr öz heyətlərini formalaşdırmağa başlayıblar.

Turnirin favoritlərindən olan İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt yaxın günlərdə heyətini açıqlayacaq. Ada komandasının çox gözlədiyi adlardan biri olan James Maddison üçün təəccüblü bir inkişaf olub.

Təcrübəli futbolçu İngiltərənin AVRO-2024-ün heyətində olmayacaq.

İngiltərənin geniş heyətinə daxil edilən Ceyms Meddison turnir heyətindən kənarlaşdırılan 7 futbolçudan biri olacaq.

Ötən yay 40 milyon funt-sterlinqə Leicester City (Lester Siti)-dən “Tottenham”a transfer olunan uğurlu yarımmüdafiəçi, zədə səbəbindən yaxşı mövsüm keçirə bilməyib.

27 yaşlı futbolçu İngiltərə millisində 7 oyun keçirib.

Qətərdə keçirilən dünya çempionatının heyətində də yer alan Maddisonun turnirdə oynamaq şansı olmayıb…