AVRO-2024: Niderland yarımfinalda

Bakı, 6 iyul, Sporaz.tv

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland – Türkiyə matçında üstün olan Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Sporaz.tv xəbər verir ki, hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası hesabı sonadək qoruya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında yer alan hücumçu Bertuğ Yıldırım 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

00:35

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland – Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

Sporaz.tv xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

00:06

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland – Türkiyə matçında ikinci hissə başlayıb.

Sporaz.tv xəbər verir ki, hazırda Türkiyə yığması hesabda 1:0 öndədir.

35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:51

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland – Türkiyə matçında ilk hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstün yollanıb.

35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:39

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland – Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.

Sporaz.tv xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb – 1:0.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

Bahar Rüstəm