“AVRO-2024-də özümüzü evdəki kimi hiss edəcəyik”

Bakı,16 may,Sporaz.tv

Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella World Soccer jurnalına danışıb. İtaliyalı məşqçi 2024-cü ildə Avropa çempionatının Almaniyada keçirilməsinin Türkiyə üçün üstünlük olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, World Soccer Magazine” AVRO-2024-dən əvvəl Milli Futbol komandasına geniş yer ayırıb.

“Son matçlardakı arzuolunmaz nəticələrə baxmayaraq, Türkiyənin turnirlə bağlı ümid bəsləmək üçün kifayət qədər səbəbləri var” deyən jurnal, həmçinin Milli Komandanın baş məşqçisi Vinçenzo Montellanın fikirlərinə yer verib.

Montella, Xorvatiya üzərində qələbə ilə vəzifələrinə başladıqları vaxtdan yaxşı istifadə etdiklərini ifadə edərək, “İlk məqsədimiz turnirdə iştirak etmək idi və buna nail olmaqdan xoşbəxtik “.

Vüqar ALIŞOV