AVRO-2024-dən sonra “Galatasaray”ı gözləyən Abdülkerim Bardakcı təhlükəsi

Bakı, 24 iyun, Sporaz.tv

Galatasaray“da çıxış edən Abdülkerim Bardakcının AVRO 2024-dəki çıxışı gözləntilərdən aşağı olub. Kart cəzası səbəbindən Çexiya matçında meydana çıxa bilməyəcək milli müdafiəçi transferdə “Galatasaray”ı zəif vəziyyətdə qoyub.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” oyunçularına qiymətlərinin artacağı təqdirdə təklifləri AVRO 2024-dən sonraya təxirə salmışdı.

Gürcüstan və Portuqaliya matçlarında gözləntilərin altında olan Adülkerim Bardakcı Çexiya matçında da cəzalandırılıb.

Abdülkerim Bardakcı üçün Səudiyyə Ərəbistanından təklif alan və 10 milyon avronun üzərində qonorar tələb edən “Galatasaray” bu istəyi qəbul edə bilməmək təhlükəsi ilə üzləşib.

Abdülkerim Bardakcı 2 mövsüm forma geyindiyi “Galatasaray”da 77 matça çıxıb. 29 yaşlı futbolçu bu matçlarda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bahar Rüstəm