AVRO 2024-də qorxulu hadisə

Bakı, 24 iyun, Sporaz.tv

Barnabas Varga, ŞotlandiyaMacarıstan matçında baş verən uğursuz toqquşmadan sonra xəstəxanaya yerləşdirilib.

Sporaz.tv xəbər verir ki, Macarıstan futbolçusu Varga, , 68-ci dəqiqədə cərimə meydançasına gələn hava topunu öz nəzarəti altına almaq istəyərkən, şotlandiyalı qapıçı Gunn ilə toqquşub.

Zərbədən huşunu itirən Varga bir müddət meydanda müalicə olunub. Komanda yoldaşları və rəsmilər müalicənin görünməməsi üçün futbolçunun ətrafına ədyal çəkiblər.

Meydandan xərəkdə çıxarılan futbolçu, daha sonra təcili yardım maşını ilə xəstəxanaya göndərilib.