Bakı,13 iyun,Sporaz.tv
Trendyol Super Liqa klublarında çıxış edən 13 əcnəbi futbolçu 14 iyun-14 iyul tarixləri arasında Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Futbol üzrə Avropa Çempionatında (AVRO 2024) mübarizə aparacaq.
Sporaz.tv məlumat vərir ki,superliqanın 9 komandasından 13 əcnəbi futbolçu AVRO-2024-də 7 fərqli ölkənin forması ilə meydana çıxacaq.
Fenerbahçe və Qaziantep FK-dan hərəyə 3, “Antalyaspor”, “Alanyaspor”, “Başakşehir”, “Beşiktaş”, “Konyaspor”, “Sivasspor” və “Trabzonspor”dan hərəyə 1 futbolçu AVRO-2024-ə ölkəsinin namizəd heyətlərində yer alıb.
AVRO-2024-də mübarizə aparacaq ölkələrə Super Liqadan ən çox futbolçu göndərən komandalar Fənərbaxça və Qaziantep FK olub.
Fənərbaxça və Qaziantep FK-nın üç futbolçusu AVRO-2024-də öz ölkələrinin formasını geyinəcək.
“Sarı-göylər”dən Dominik Livakoviç Xorvatiya, Duşan Tadiç Serbiya, Sebastyan Şimanski isə Polşa yığmasının heyətində yer alacaq.
Çempionatda Rumıniya forması ilə Qaziantep FK-dan Florin Nita, Deyan Soresku və Denis Draquş mübarizə aparacaq.
Superliqadan ən çox futbolçusu olan milli komanda Rumıniya olub.
Rumıniyanın namizəd heyətinə Superliqa klublarından 4 futbolçu dəvət olunub.
Qurumda “Qaziantep FK”dan Nita, Soresku və Draquş, “Konyaspor”dan isə Aleksandru Cicaldau Rumıniya formasını geyinəcək.
Rumıniyada namizəd heyətdə yer alacağı gözlənilən MKE Ankaragücündən Olimpiu Morutan zədə səbəbindən çempionatda oynaya bilməyəcək.
Rumıniyanı 3 oyunçu ilə Polşa, 2 futbolçu ilə Albaniya, hərəyə 1 oyunçu ilə Xorvatiya, Serbiya, Belçika və Sloveniya izləyib.
Superliqa klublarından AVRO-2024-də çıxış edəcək əcnəbi futbolçular aşağıdakılardır:
Dominik Livakovic – Fenerbahçe – Xorvatiya
Dusan Tadic – Fenerbahçe – Serbiya
Sebastian Szymanski – Fenerbahçe – Polşa
Florin Nita- Gaziantep – Ruminiya
Deian Sorescu – Gaziantep – Ruminiya
Denis Draguş – Gaziantep – Ruminiya
Rey Manaj – Sivasspor – Albaniya
Ernest Muçi – Beşiktaş – Albaniya
Thomas Meunier – Trabzonspor – Belçika
Adam Buksa – Antalyaspor – Polşa
Krzysztof Piatek – Başakşehir – Polşa
Alexandru Cicaldau – Konyaspor – Sloveniya