AVRO 2024! Budur çempionun alacağı pul…

Bakı, 25 aprel, Sporaz.tv

Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına 50 gün qalıb.

Sporaz.tv  xəbər verir ki, 14 iyun – 14 iyul tarixləri arasında Almaniyanın 10 şəhərində keçiriləcək çempionat 50 gün sonra Münhendəki “Allianz Arena”da Almaniya – Şotlandiyanın açılış matçı ilə başlayacaq.

AVRO-2024-ə Almaniyanın Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leypsiq, Gelzenkirxen, Ştutqart və Düsseldorf şəhərləri ev sahibliyi edəcək.

Turnirin qrup oyunları iyunun 26-da, son 16 tura isə iyunun 29-da start veriləcək.

1/4 finalın oyunları iyulun 5-6-da, yarımfinalın oyunları isə 9-10-da oynanılacaq. AVRO-2024-ün çempionu iyulun 14-də Berlin Olimpiya Stadionunda keçiriləcək final oyunu ilə müəyyənləşəcək.

A Milli Futbol Takımı, EURO 2024 F Grubu’nda Portekiz, Gürcistan ve Çekya ile mücadele edecek.

Ay-yıldızlılar, ilk maçında Gürcistan ile 18 Haziran Salı günü Dortmund’da karşılaşacak.

Milli takım, gruptaki ikinci maçını 22 Haziran Cumartesi günü Portekiz ile Dortmund’da, üçüncü karşılaşmasını ise 26 Haziran Çarşamba günü Çekya ile Hamburg’da oynayacak.

Qruplar

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Hollandiya, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

AVRO-2024-də iştirak edəcək komandalara paylanacaq pul mükafatının məbləği AVRO-2020 ilə eyni səviyyədə, yəni ümumilikdə 331 milyon avro olacaq.

AVRO-2024 çempionuna 8 milyon avro əlavə ödəniş ediləcək. Çempion komanda qrupda keçirdiyi 3 oyunun hamısında qalib gəlsə, onun ala biləcəyi maksimum mükafat 28,25 milyon avro olacaq.

İkinci yerin sahibi 5 milyon avro əlavə ödəniş alacaq.

Vüqar Alışov