AVRO-2024: Bu gün ilk qarşılaşma baş tutacaq

Bakı, 14 iyun, Sporaz.tv


Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

Sporaz.tv xəbər verir ki, Almaniyada keçiriləcək çempionatın açılış matçında yerli komandayla Şotlandiya millisi qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı ölkəmizdə İctimai TV canlı yayımlayacaq.

Bundan başqa, Türkiyənin TRT 1 və Rusiyanın “Match” TV kanalları da Avro-2024-ün bu matçını mavi ekranlara daşıyacaq.