Avarçəkmə üzrə “Prezident Kuboku-2024” keçiriləcək

Bakı, 25 aprel, Sporaz.tv

Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə, 30-a qədər komanda mübarizə aparacaq.

Sporaz.tv “CBC Sport”a istinadən xəbər verir ki, 30 aprel – 3 may tarixlərində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək. 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan olan komandalar qatılacaq.

30 aprel – 3 may tarixlərində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək. 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan olan komandalar qatılacaq.

Vüqar Alışov