“Atletico Madrid”dən “Sevilla”ya transfer rəsmiləşdirilib

Bakı, 16 iyul, Sporaz.tv

La Liqa təmsilçisi “Sevilla” “Atletico Madrid“dən Saul Niguezi icarə əsasında heyətinə qatıb.

Sporaz.tv məlumat verir ki, “Atletico Madrid”də gələcəyi maraq doğuran Saul Niguez “Sevilla”ya yollanıb.

“Sevilla” Saul Niguezin transferi ilə bağlı “Atletico Madrid”lə razılıq əldə olunduğunu açıqlayıb.

“Atletico Madrid”in heyətində ümumilikdə 427 matça çıxan 29 yaşlı yarımmüdafiəçi 48 qol vurub, 26 məhsuldar ötürmə edib.