Bakı, 18 noyabr, Sporaz.tv
“Atletico Madrid“-in baş məşqçisi Diegor Simeone ilə yolları ayırmağın gündəmdə olduğu iddia edilib. İspaniya mətbuatında argentinalı çalışdırıcının yerinə üç namizədin olduğu bildirilir.
Sporaz.tv məlumat verir ki, 2011-ci ildən komandanın “sükanı arxası”nda olan “Atletico Madrid”-in baş məşqçisi Diegor Simeone ilə yollarını ayırma ehtimalının gündəmdə olduğu iddia edilib.
Qırmızı-ağ klub, argentinalı məşqçisiz gələcəyi planlaşdırır. Xəbərdə, bu mümkün qərarın idman nəticələri ilə bağlı olmadığı, lakin rəhbərliyin Simeone dövrünün sona yaxınlaşdığının fərqində olduğu bildirilib.
“Atletico”-nun bu qərarı verməyə vadar edən səbəblərdən biri də, təcrübəli məşqçinin 13 illik əməkdaşlıqdan sonra köhnəlməsi göstərilib.
Xəbər təfərrüatında İspaniya klubunda Diegor Simeonenin yerinə 3 namizədin olduğu bildirilib.
“Atletico Madrid”-də Simene sonrası dövr üçün ilk namizəd B komandasını çalışdıran Fernando Torres olsa da, ən çox arzulanan ad kimi “Aston Villa“-nın baş məşqçisi Unai Emeri diqqəti çəkir. İspaniya komandasına üçüncü namizəd isə “Villarreal”-ın baş məşqçisi Marcelino Garcia Toraldır.